İraqda etirazçılar Respublika Sarayına soxulublar
29.08.2022
İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binaya soxulublar.
"DM” xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra başlayıb.
Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub.
Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub.