Tanınmış erməni politoloq Karen Sərkisyan erməni telekanalına müsahibəsində Darya Duqinanın ölümünə sevindiyini bildirib.
"DM" xəbər verir ki, Sərkisyan Duqin və qızının hər zaman Azərbaycanı müdafiə etdiklərini deyib.
"Darya Duqinanın ölümü - torpaq ona tikanlı olsun! Anlaya bilmirəm, hansı səbəbə görə biz Daryanın ölümünə görə özümüzü qəmgin kimi göstərməliyik? Mən nəinki təəssüflənirəm, hətta həqiqətən də bu hadisəyə çox sevinirəm. Onlar deyir ki, bu hadisə türk-rus ittifaqına böyük zərbə oldu. Biz buna yalnız sevinə bilərik. Amma mənim də təəssüfləndiyim bir şey var. Heyf ki, qızı ilə yanaşı Duqinin özü də avtomobildə yox idi. Onlar ermənilərin düşmənləri idi və o öldürüldü! Buna niyə sevinməməliyəm? Onların hər ikisi (Duqin və qızı) illərdir Azərbaycanı dəstəkləyib. Hər yerdə, bütün tədbirlərdə, bütün çıxışlarında”, - o qeyd edib.
Xatırladaq ki, 20 avqust 2022-ci ildə Moskva vilayətində ictimai xadim, filosof Aleksandr Duqinin qızı Daryanın avtomobili partladılıb. Maşında olan Darya Duqina partlayış nəticəsində həlak olub.