Duqinanın qətli: Rusiya daha bir nəfəri ortaya çıxarıb - Video
29.08.2022
Jurnalist və politoloq Darya Duqinanın qətlini Moskvada Natalya Vovkla birlikdə Ukrayna təxribat və kəşfiyyat qrupunun başqa bir üzvü hazırlayıb. O partlayışdan bir gün əvvəl Rusiyanı tərk edib.
"DM" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Müəyyən edilib ki, Duqinanın qətlini Natalya Vovkla birlikdə Moskvada Ukrayna təxribat-terror qruplaşmasının digər üzvü, Ukrayna vətəndaşı 1978-ci il təvəllüdlü Boqdan Petroviç Çıqanenko hazırlayıb. O, 2022-ci il iyulun 30-da Estoniyadan Rusiyaya gəlib və Duqinanın öldürülməsindən bir gün əvvəl isə ölkəni tərk edib”, - məlumatda deyilib.
İddialara görə, Çıqanenko Natalya Vovka Qazaxıstan vətəndaşı Yuliya Zaykonun adına saxta avtomobil nömrəsi və sənədlərini verib. Və ona Moskvanın cənub-qərbində icarəyə götürülmüş qarajda əldəqayırma partlayıcı qurğu yığmaqda kömək edib:
"Kameraların tədqiqi nəticəsində məlum olub ki, cinayəti törədən Ukrayna vətəndaşı 1979-cu il təvəllüdlü Natalya Pavlovna Vovk "Ənənə” festivalının qonaqları üçün nəzərdə tutulmuş dayanacaqda Darya Duqinanı şəxsən izləyib”.