Qızına yarım milyonluq toy edən məmur işdən qovuldu - FOTO/VİDEO
04.10.2018
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.
BŞİH-dən bildirilib ki, bu barədə icra hakimiyyəti başçısının müavini Eldar Əzizov dünən əmr imzalayıb.
Qeyd edək ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.
Bu günlərdə Bakı Lift-Təmir İstehsalat Birliyində yoxlamalar aparılır.