Şoyqunun müavininin milyardlıq əmlakları – Şok rəqəmlər
26.08.2022
Rusiya müdafiə nazirinin müavini Ruslan Tsalikovun milyardlarla rubl dəyərində əmlakları aşkarlanıb.
"DM" xəbər verir ki, bu barədə həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnıynın komandasının araşdırmasında deyilib.
Jurnalistlər Tsalikovun illər ərzində yalnız Şoyqu ilə işlədiyini və onun ən yaxın dostu olduğunu qeyd ediblər.
"Tsalikovun heç vaxt xidmət etməməsinə baxmayaraq, bu onun general rütbəsi daşımağına mane olmur”, - araşdırmada qeyd olunub.
Bildirilib ki, Tsalikov "Yunarmiya”ya (Könüllü rus gənclər hərəkatı) kuratorluq edir, eləcə də nazir Sergey Şoyqunun Rusiya KİV-lərindəki piarı və Müdafiə Nazirliyinin maliyyə nəzarətinə rəhbərlik edir.
Araşdırmaçıların məlumatına görə, Tsalikovun qızları - Yuliya və Yelizaveta dəyəri 200 milyard rubldan çox olan torpaq sahəsi və ofis sahəsinə sahib olan şəxsi firmalar yaradıblar.
Tsalikovun oğlanları – Zaur və Daniel Tsalikov 2021-ci ildə Moskva vilayətində 260 milyon rubla (7,4 milyon manat ) torpaq sahələri alıblar. Onların Moskvanın özündə də 400 milyonluq (11,3 milyon manat) ofisləri olduğu deyilib .