Putin: Tramp günahkar axtarırsa, güzgüyə baxsın
03.10.2018
Donald Tramp neft qiymətlərinin artımında günahkar axtarırsa, əvvəlcə güzgüyə baxsın.
"Dövan Media" xəbər verir ki, bunu Rusiya Energetika Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bizim Trampla Helsinkidə çox yaxşı görüşümüz olub. Lakin əgər biz indi müzakirə etdiyimiz mövzuya o zaman toxunsaydıq, mən ona deyərdim ki, əgər sən neft qiymətlərinin artımında günahkar axtarırsansa, o zaman güzgüyə baxmalısan”, – deyə o bildirib.
O, neft qiymətlərinin SSRİ-dəki kimi tənzimlənməsi gərəkmədiyini söyləyib.
Putin neftin qiymətinin 65-75 dollar arasında olmasının Rusiyanı qane etdiyini deyib.