Ukraynada raket zərbələri nəticəsində azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb
26.08.2022
Ukraynada genişmiqyaslı müharibə dövründə azı 30 azərbaycanlının evi və ya iaşə obyekti tamamilə dağılıb.
"DM" xəbər verir ki, bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibə müddətində azərbaycanlılara dəyən zərərin bir qismi məlum olub.
Belə ki, əsasən, Ukraynada hazırda da raket zərbələrinə məruz qalan Xarkov, Çerniqov, Sumı, Donetsk, Luqansk, Nikolayev, Dnepropetrovsk, Zaporejye vilayətlərində, o cümlədən mart ayında Kiyev vilayəti ətrafında şiddətli döyüşlər zamanı azərbaycanlılar da mülki itkilərə məruz qalıb.
Bu bölgələrin sakini olduğu müəyyən edilən 30 azərbaycanlının evi və ya digər formada xüsusi mülkiyyəti raket və mərmi zərbələri nəticəsində dağıdılaraq məhv edilib.
Qeyd edək ki, bu, "Report"un Şərqi Avropa bürosuna bu vaxta qədər məlum olan statistik məlumatlardır və arta biləcəyi istisna deyil.