ÜST: “Dünyada koronavirusa yoluxma və ölüm azalıb”
25.08.2022
Son bir həftədə dünyada koronavirusa yoluxma halları doqquz faiz, ölüm halları isə 15 faiz azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenindən məlum olub.
Bildirilir ki, yoluxmada azalma tempi Afrikada (25%), Avropada (20%) və ABŞ-da (18%) daha çox nəzərə çarpır. Ölüm nisbətində ən böyük azalma isə Avropada müşahidə olunur - 30%.
Qeyd edək ki, Azərbaycanda son sutkada (avqustun 24-nə olan məlumata görə) koronavirus infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.
Mənbə: Vedomosti