Ərdoğan: “Bir gecə qəfil gələ bilərik”
25.08.2022
"Ölkəmizin təhlükəsizlik prioritetlərinə və öz planlamamıza uyğun olaraq əməliyyatları davam etdirəcəyik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə "Malazgird” zəfərinin 951-ci ildönümü ilə bağlı keçirilən mərasimdə deyib.
Terrorla mübarizəyə diqqət çəkən Türkiyə lideri əlavə edib:
"Bu gün də əsgərlərimiz, jandarmlarımız, polislərimiz, kənd mühafizəçilərimiz eyni şücaət və inamla döyüşürlər. Terror təşkilatlarının başçılarını əzdik, əzməyə davam edəcəyik. Bununla bir daha dünyaya bəyan edirəm ki, cənub sərhədlərimizi bir başından o biri ucuna qədər 30 kilometr dərinlikdə dəhlizlə təmin etməyənə qədər mübarizəmiz bitməyəcək. Ölkəmizin təhlükəsizlik prioritetlərinə və öz planlamamıza uyğun olaraq əməliyyatları davam etdirəcəyik. Həmişə dediyimiz kimi, bir gecə qəfil gələ bilərik, həm də hər yerə gələ bilərik”.
Mənbə: Habert Global