Prezident İlham Əliyev sərəncam imzaladı
03.10.2018
Prezident İlham Əliyev "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam imzalayıb.
"Dövran Media" xəbər verir ki, sərəncamda qeyd edilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bir ay müddətində:
1.1. "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.