Ukraynanın müdafiə naziri il sonuna kimi müsbət xəbərlər vəd edib - VİDEO
25.08.2022
"Ukrayna Budapeşt memorandumunu imzaladığı qonşusuna çox güvənərək öz ordusunun quruculuğuna əhəmiyyət vermədi”.
Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov yerli mətbuata müsahibəsində deyib.
Nazir bildirib ki, 2008-ci ildə NATO-ya qəbul edilsəydilər, nə Gürcüstanda, nə də Ukraynada müharibə olmazdı.
"Amma hazırkı tərəfdaş Alyansın sayəsində Ukrayna təcavüzkarı məğlub edə biləcək”, - deyə o, bildirib.
Müdafiə Nazirliyinin rəhbəri bu il ukraynalılar və bütün dünya ictimaiyyəti üçün xoş və müsbət xəbərlər vəd edib.