Hamı deyirdi ki, 3 günə ölkədən getməliyəm!
24.08.2022
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın hərbi əməliyyatını dayandırmaq üçün fevral ayında istefa verməyə razılaşıb.
"DM" xəbər verir ki, bu barədə "Vaşinqton Post” qəzetinin "Kiyev uğrunda döyüş” adlı xüsusi layihəsində bildirilib.
"Mən hakimiyyətdə qalmağa çalışmıram. Əgər mənim getməyimlə qan tökülməsi dayanacaqsa, yalnız bunun lehinəyəm. İndi gedərəm. Siyasətə bunun üçün gəlməmişəm və bu, müharibəni dayandırarsa, hər an getməyə hazıram”, - nəşr Zelenskinin çıxışından sitat gətirib.
Onun sözlərinə görə, müharibənin ilk günlərində Qərb siyasətçiləri Ukraynanın Rusiyaya 5 gündən artıq müqavimət göstərə biləcəyinə inanmırdılar:
"Mənə zəng edənlərin hamısında sağ qalacağımıza inanan yox idi. Ukraynaya inanmadıqlarına görə yox, Rusiyanın qüdrəti, fəlsəfəsi, rus ordusunun gücünün reklam tərzinə görə. Hamı mənə demişdi ki, dərhal getməliyəm. Həm xüsusi xidmət orqanlarımız, həm də tərəfdaşlarımız. Onlar mənə üç gün ərzində Ukraynanı tərk etməyi tövsiyə etmişdilər”, - Zelenski bildirib.