21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ son 75 ilin ən böyük savaşına hazırlaşır

24.08.2022

Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsindən sonra müxtəlif müharibələrdə bu və ya digər şəkildə iştirak edib. Bu sırada 1953-cü ildə Koreya, 1970-ci illərdə Vyetnam, 2000-ci illərdə İraq, Əfqanıstan müharibələrində iştirakını göstərə bilərik. Siyahıya Amerikanın hərbi müdaxilələrini və hibrid müharibələrdə iştirakını da əlavə etmək mümkündür. Misal üçün Kreml hesab edir ki, ABŞ Ukrayna üzərindən Rusiyaya qarşı hibrid müharibə aparır. ABŞ Suriya müharibəsində birbaşa iştirak etməsə də, terrorçi PKK və onun törəmələri vasitəsilə Əsəd rejiminə qarşı mübarizədə yer alır. ABŞ-ın 1980-ci illərdə kiçik Qrenada adasına desant çıxarmasını və Panada hakimiyyət dəyişikliyini də hərbi müdaxilə saymaq olar.

"DM" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, hazırda Amerika üçün durum daha kritikdir:

"ABŞ bir tərəfdən Ukraynada işğalçı müharibə aparan Rusiyaya, digər tərəfdən Tayvanı hərbi mühasirədə saxlayan və adanı ələ keçirməyə çalışan Çinə qarşı mübarizə aparmaq məcburiyyətindədir. Rusiya və Çin nə Qrenadadır, nə də Panama, hər ikisi nüvə silahına malik dövlətdir. Buna baxmayaraq, Pentaqonda və Mərkəzi Kəşfiyyat İdarəsində Rusiya və Çinlə birbaşa toqquşmanın analizləri aparılır. Təsadüfi deyil ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer "Voll Strit Jurnal” qəzetinə müsahibəsində ABŞ-ın Rusiya və Çinlə "müharibə astanasında olduğunu” söyləyib. "Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı bilinməyən, qismən özümüzün də səbəb olduğumuz bir müharibənin ərəfəsindəyik” - deyən Kissincer Vaşinqtonun ənənəvi diplomatiyadan imtina edib və böyük bir liderin yoxluğunda dünyanı Ukrayna və Tayvanla bağlı müharibə uçurumuna gətirib çıxardığını vurğulayıb.

Henri Kissincerin vəzifə başında olduğu illərdə başlıca məqsədi iki böyük kommunist ölkəsi – SSRİ ilə Çinin bir-birinə yaxınlaşmasının qarşısını almaq idi. Kissincer buna nail oldu. Vaşinqton Pekinlə yaxınlaşaraq Çinlə SSRİ-nin yaxınlaşmasına imkan vermədi. Ancaq sonrakı illərdə və SSRİ-nin dağılmasıyla Vaşinqton bu konsepsiyadan imtina etdi və bu gün Çin SSRİ-nin varisi Rusiya ilə strateji əlaqələr qurub.

Bu arada, Kremlin Ukraynada başlatdığı işğalçı müharibə fonunda Rusiya ilə Çin arasındakı ticarət əlaqələrinin həcmi artıb. Ötən il bu həcm 140 milyard dollar civarında idi. Bu ilin 7 ayında ticarət həcmi 100 milyarda yaxınlaşıb. Bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 29 fazi çoxdur. Kisincerin mübarizəsi məhz buna qarşı idi”.