Rusiyada 3 milyon hektardan çox ərazi yanır
24.08.2022
Rusiyada yanğının əhatə etdiyi ərazi 3 milyon hektardan çoxdur.
"DM"-nın məlumatına görə, Rusiya Fövqəladə Hallar naziri Aleksandr Kurenkov ölkədəki meşə yanğınları ilə bağlı müşavirədə deyib.
"Ümumilikdə, 2022-ci ildə yanğın mövsümü başlayandan bəri Rusiya Federasiyası ərazisində 10 mindən çox meşə yanğını baş verib. Yanğının əhatə etdiyi ərazi 3 milyon hektardan çoxdur”.
O, həmçinin əlavə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınların sayı bir qədər azalıb, lakin yanğınların əhatə etdiyi ərazi xeyli – demək olar ki, üç dəfə azalıb.