Lukaşenko Ukrayna xalqını təbrik edib
24.08.2022
Əminəm ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək.
"DM" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ilə bağlı Ukrayna xalqına ünvanladığı təbrikində deyib.
"Belarus bundan sonra da harmoniyanın qorunması, bütün səviyyələrdə dostluq və qarşılıqlı hörmət əsasında əlaqələrin inkişafının tərəfdarı olacaq”, - Lukaşenko bildirib.
Belarus prezidenti ukraynalılara ukraynalılara aydın səma, tolerantlıq, cəsarət, güc və layiqli həyatın bərpasında uğurlar arzulayıb.