Ukrayna separatçı rəhbərin oturduğu binanı vurub
23.08.2022
Ukrayna ordusu Donetsk şəhərinin mərkəzinə zərbələr endirib.
"DM" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbələr birbaşa separatçı-qondarma "dxr”in rəhbəri Denis Puşilinin oturduğu administrasiya binasına endirilib.
Zərbələr nəticəsində binada yanğın başlayıb. Binaya 4-6 mərminin dəydiyi bildirilir.
Denis Puşilinin sağ olduğu qeyd olunub.