Rusiyada meşə yanğınlarının qarşısının alınması üçün hökumət komissiyası yaradılıb
23.08.2022
Rusiyanın Baş naziri Mixail Mişustin meşə yanğınlarının aradan qaldırılması üçün hökumət komissiyasının yaradılması haqqında fərman imzalayıb.
"DM"-nın Rusiya Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumata görə, komissiya ölkənin mərkəzi hissəsinin bir sıra regionlarında meşə yanğınları ilə mübarizə üzrə işləri əlaqələndirəcək.
"Baş nazir Mixail Mişustin meşə yanğınlarının aradan qaldırılması üçün hökumət komissiyasının yaradılması haqqında fərman imzalayıb. Komissiyaya baş nazirin müavini - hökumət aparatının rəhbəri Dmitri Qriqorenko rəhbərlik edir", -deyə məlumatda bildirilib.
Nazirlər Kabinetindən bildirilib ki, hökumət komissiyası federal nazirlik və idarələrin, regional hakimiyyət orqanlarının Rusiyanın mərkəzi hissəsinin bəzi subyektlərinin ərazisində meşə yanğınlarının lokallaşdırılması və aradan qaldırılması üzrə fəaliyyətini əlaqələndirəcək.