Vergidən yayınan aktrisaya 130 milyonluq cəza
03.10.2018
Məşhur aktrisa Fan Bingbing vergidən yayınmaqda ittiham olunur.
"Dövran Media" xəbər verir ki, Çin Dövlət Vergi İdarəsi və Ciangsu Vergi Bürosunun iyundan etibarən apardığı araşdırma zamanı aktrisanın əsas gəlirlərini gizlətdiyi ortaya çıxıb.
O, vergidən yayınaraq çalışdığı film şirkətləri ilə saxta müqavilələr imzalayıb. Bu səbəbdən Fana 130 milyon dollar pul cəzası verilib. 37 yaşlı Hollivud ulduzunun həbs olunmayacağı da qeyd olunub.