“Ermənilər əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”
23.08.2022
"Ermənilər hər yeri dağıdırlar. Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”.
"DM” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Global” televiziyasına müsahibəsində deyib.
"Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə - red.) yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir”, - o bildirib.