Ukrayna kəşfiyyatı: “Rusiya Zaporojye AES-də yanğın törətmək istəyir”
22.08.2022
"Rusiya işğalçıları, yəqin ki, Zaporojye atom elektrik stansiyasında yanğın təxribatı hazırlayırlar. Bunun üçün stansiyanın ərazisinə külli miqdarda avtomobil yanacağı yerləşdirilib”.
Bu barədə "Spilna Sprava” ictimai hərəkatının koordinatoru Oleksandr Danilyuk öz "Facebook” hesabında yazıb. O, Zaporojye AES-dəki Ukrayna kəşfiyyatı mənbələrinə istinadən bu məlumatı verib.
Yanacaq tədarükündən əlavə, rusiyalı hərbçilərin digər fəaliyyətləri də təxribatın hazırlandığını göstərir.
"Bunu stansiyaya RKBM-nin (radiasiya, kimyəvi və bioloji mühafizə qoşunları) əlavə bölmələrinin göndərilməsi də göstərir”, - deyə o qeyd edib.
Bundan əvvəl avqustun 11-də Prezident Volodimir Zelenski bildirib ki, Rusiyanın Ukrayna ərazisinə atdığı qanadlı raketlərin trayektoriyası təsadüfən Ukrayna AES-in üzərindən keçmir. Dövlət başçısının sözlərinə görə, Rusiya Zaporojye AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər.
Avqust ayında Rusiya hərbçiləri işğal etdikləri Zaporojye AES-i bir neçə dəfə atəşə tutublar. Eyni zamanda rusiyalı hərbçilər AES-də hərbi anbar yaradıb və orada nüvə bölmələri arasında ağır artilleriya gizlədiblər.
Bundan əlavə, Rusiya tərəfi ərazinin minalanmış olduğunu, eyni zamanda stansiyanın partladılmasının mümkün olduğu bildirib.
Avqustun 18-də isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Zaporojye AES-də rusiyalılar tərəfindən genişmiqyaslı terror aktının törədilməsi ehtimalının yüksək olduğunu bəyan edib.
Mənbə: UNİAN