Ərdoğan İsrail Prezidenti ilə müzakirə aparıb
19.08.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan qarşılıqlı olaraq səfir təyin edilməsi qərarını Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində mühüm addım hesab etdiyini bildirib.