Patruşev: “Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlıqlarını dayandırmır”
19.08.2022
Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlıqlarını dayandırmır.
"DM"-nın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Təhlükəsizlik Şurası Katiblərinin 17-ci illik görüşündə deyib.
O, Ukrayna münaqişəsi fonunda Qərbin Rusiyaya qarşı açıq silahlı münaqişəyə hazırlıqla hibrid addımlar arasında balanslı formada addımlar atdığını deyib.
Patruşev Ukrayna tərəfinin ABŞ-ın təhriki ilə Rusiya ordusunun nəzaərtində olduğu Zaporojye AES-ə zərbələr endirdiyini və fəlakətin baş verəcəyi təqdirdə məsuliyyətin ABŞ və Böyük Britaniyanın üzərinə düşəcəyini əlavə edib.