03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Altun: Ərdoğanın Ukrayna səfəri bunun sübutudur

19.08.2022

Ukraynanı dəstəkləyən ölkələr müharibəni mümkün qədər tez bitirmək üçün diplomatiyada daha çox səy göstərməlidirlər.

"DM" xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Müharibənin təsirləri artıq geniş şəkildə hiss olunur və münaqişə diplomatik danışıqlarla yekunlaşmalıdır. Türkiyə olaraq Ukraynanın siyasi suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə qərarlıyıq. Prezident Rəcəb Tayyib Ərdoğan münaqişə başlayandan bəri davamlı danışıqlar aparır və onun səyləri artıq ciddi nəticələr verib.

Ərdoğanın Ukraynaya səfəri onun müvafiq liderlərlə görüşərək, beynəlxalq arenada çoxtərəfliliyi mənimsəməklə diplomatik həll yollarının əldə oluna biləcəyinə inamının sübutudur. Beynəlxalq ictimaiyyət sülh və sabitliyə nail olmaq üçün bu səyləri dəstəkləməlidir”, - Altun bildirib.