Azərbaycan İslamiadada daha bir qızıl medal qazanıb
18.08.2022
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
"DM" xəbər verir ki, Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) İslamiadanın qalibi olub.
Finalda uduzan Camal Məmmədov (Full kontact, 54 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, beləliklə, Azərbaycan qızıl mealların sayını 27-yə çatdırıb.