Ruslar Melitopolda repressiyaya başlayıblar
18.08.2022
Ruslar müvəqqəti işğal olunmuş Melitopolun dinc əhalisinə qarşı total repressiyalara başlayıblar. Xüsusilə şəhərdə insanların qaçırılması davam edir.
"DM" xəbər verir ki, bu barədə Melitopolun meri İvan Fyodorov deyib.
"Onlar keçid məntəqələrində hüquqi şəxslərin maşınlarını apardılar. Son bir həftədə 10 nəfər əsir götürülüb, insanların biznesləri əlindən alınır”,- o bildirib.
Merin sözlərinə görə, repressiya təkcə böyüklərə təsir etmir:
"İşğalçılar uşaqları da hədələməyə başladılar. Düşmən bütün peşə məktəblərimizi birləşdirib və bir məktəb yaradıb. Burda oxumaq istəməyən yeniyetmələri isə müharibəyə aparılmaqla hədələyiblər".