Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır
18.08.2022
Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə yerləşdirilib.
"DM" "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, layihə Azərbaycan-Ermənistan dövlət sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin açılmasını nəzərdə tutur.
Bunlar Kəlbəcər rayonu ilə sərhəddə "Zod”, Sədərək rayonu ilə sərhəddə "Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə "Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq.