Qazaxıstan prezidentinin Bakıya səfər tarixi bəlli olub
18.08.2022
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın dövlət başçısı İlham Əliyevin dəvəti ilə avqustun 24-də Bakıya rəsmi səfərə gələcək.
Dövlət başçılarının geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Görüş zamanı ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar əməkdaşlığın intensivləşdirilməsi də daxil olmaqla, strateji tərəfdaşlığın inkişafının nəzərdən keçiriləcəyi gözlənilir.
Eyni zamanda, ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Mənbə: Sputnik Qazaxıstan