Ərdoğan Ukraynaya yola düşüb
18.08.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərə yollanıb.
"DM" xəbər verir ki, o, hazırda Ankaradakı Esenboğa hava limanındadır.
Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Vladimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.