21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gürcüstandan müsəlman icması ilə bağlı QƏRAR

02.10.2018

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi Gürcüstan Müsəlmanları İdarəsinə daha 550 min GEL əlavə maliyyə vəsaiti ayırıb.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri hacı Ramin İgidov Azərtac-a açıqlamasında deyib ki, 2018-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına 2 milyon 200 min GEL vəsait nəzərdə tutulmuşdu. Lakin icmanın ümumi xərcləri 2,6 milyondan çox olduğu üçün dövlət agentliyi ehtiyat fondundan hər il bizə əlavə vəsait ayırır: "Bu il də belə oldu və agentlik müsəlman icmasına 500 min GEL-dən çox əlavə maddi yardım ayırıb”.
R.İgidovun sözlərinə görə, dövlət büdcəsindən dini icmalar üçün nəzərdə tutulmuş vəsait tam olaraq öz ünvanlarına çatdırılıb. Dövlət büdcəsindən ən çox vəsait müsəlman dini icmasına ayrılıb – 2 milyon 750 min GEL (təqribən 1 milyon dollar).
Dövlət, həmçinin erməni xristian kilsəsinə 800 min GEL, Roma katolik kilsəsinə 550 min GEL, yəhudi icmasına isə 400 min GEL vəsait ayırıb. Ümumilikdə isə bu rəqəm 4,5 milyon dollara yaxın olub.
Gürcüstan dövlətinin 2019-cu ildə dini icmalara ayıracağı vəsaitin dəqiq həcmi isə hələlik məlum deyil. Büdcə paketi parlamentin gündəliyinə daxil edilsə də, hələlik müzakirə olunmayıb.