21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Britaniya kəşfiyyatı Krımdakı vəziyyəti dəyərləndirib

17.08.2022

Krımda baş verən partlayışlar Rusiya üçün təhlükəsizlik vəziyyətini pisləşdirib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya və Ukrayna rəsmiləri avqustun 16-da Krımın şimalında, Cankoy yaxınlığında sursat anbarının partladığını etiraf ediblər. Orada yaxınlıqdakı dəmiryolu və elektrik yarımstansiyası da zədələnib. Bundan əlavə, Rusiya KİV-in yazdığına görə, Krımın mərkəzindəki Qvardeyskidəki aviabazanın yaxınlığında tüstü qalxıb.

Kəşfiyyat məlumatlarına görə, Rusiyanın Krımdakı ən mühüm hərbi aerodromlarından ikisi Cankoy və Qvardeyskidə yerləşir. Cankoy həm də Rusiyanın Ukraynanın cənubundakı əməliyyatlarının təchizatında mühüm rol oynayan əsas avtomobil və dəmiryolu qovşağıdır.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, bu insidentlərin səbəbi və dəymiş ziyanın miqyası hələ aydın deyil, lakin Rusiya komandanlığı arxa cəbhə rolunu oynayan Krımda təhlükəsizlik vəziyyətinin aşkar pisləşməsindən getdikcə daha çox narahat olacaq.

Xatırladaq ki, ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) hesabatında bildirilir ki, avqustun 16-da Krımın Cankoy rayonunda Rusiya hərbi obyektlərində baş verən partlayışlar xeyli ziyan vurub və Rusiya ordusunun təchizatını ciddi şəkildə pozub.

Mənbə: Korrespondent.net