Qumenyuk: Rus komandanlığı Xersondan qaçır
17.08.2022
Rus ordusunun hərbi komandanlığı işğal olunmuş Xersondan qaçır. Bu o deməkdir ki, düşmən hücum etməkdənsə, öz həyatını qorumağı üstün tutur.
"DM" xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.
"Komandanlığın qaçması o deməkdir ki, kimsə həyatını xilas etməlidir və kimsə öz perspektivləri üçün çox qorxur. Nəqliyyat və logistika arteriyaları üzərində atəş nəzarətimizin güclü və qaçılmaz olduğunu da başa düşürlər”, - Qumenyuk bildirib.