Şuşadakı əmlaklar qiymətləndiriləcək
17.08.2022
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi balansına verilmiş əmlakların qiymətləndirilməsi ilə bağlı açıq tender elan edib.
"DM" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, söhbət 221 ədəd abidə və digər tarixi tikilidən, 32 ədəd çoxmənzilli yaşayış evindən gedir.
Tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 6-na, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə sentyabrın 14-nə qədər Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 15-də qeyd olunan ünvanda baxılacaq.