Türkiyədə zəlzələ olub
17.08.2022
Türkiyənin Elazığ şəhərinin Kovancılar rayonunda 4 bal gücündə zəlzələ baş verib.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 12 kilometr dərinliyində meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.