Akar ukraynalı həmkarı ilə taxıl məsələsini müzakirə edib
16.08.2022
Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı aparıb.
"DM"-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı Ukraynadakı son vəziyyət və taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.