NATO müdafiə nazirləri Trampa görə toplanır
02.10.2018
NATO müdafiə nazirlərinin Brüssel görüşündə əsas müzakirə mövzusu alyansın müdafiə xərclərini artırması olacaq.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.
Qeyd edək ki, NATO müdafiə nazirlərinin Brüssel görüşü sabah start götürəcək.
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumdaxili məhsulun 2%-i miqdarına çatdırılmasını tələb edib. Trampın bu təklifi bir sıra Avropa ölkələrində narazılıqla qarşılanıb. Xüsusilə ABŞ-ın tələbini qəbul etməyən ölkələr siyahısına Almaniya başçılıq edib. Tramp isə hərbi xərclərini artırmayan ölkələrin heç birini ABŞ-ın müdafiə etməyəcəyini deyib.