Fazil Məmmədov İSTEFA VERDİ
02.10.2018
Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.
"Dövran Media"nın məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb.
Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.
Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.