21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Laçında həlak olan əsgərlərimizə şəhid statusu verilib

15.08.2022

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Samir Xudiyev və Tahir Əliyevə şəhid statusu verilib.

Bu barədə  Ağstafa və Sabunçu rayon icra hakimiyyətlərindən bildirilib.

Qeyd edilib ki, qanunvericiliyə əsasən, hər iki əsgərimiz şəhid statusu alıb.

Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Tahir Əliyev Ağstafa rayonunun Şəhidlər xiyabanında və Samir Xudiyev isə paytaxtın Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.