21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bilgiç: Suriya xalqı ilə həmrəyliyimiz davam edəcək

12.08.2022

Suriya münaqişəsinin başladığı gündən bu ölkədəki böhranın həlli üçün ən çox səy göstərən ölkə Türkiyə olub.

"DM" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

"Bu çərçivədə Türkiyə Astana və Cenevrə prosesləri ilə atəşkəsin qorunmasında və Konstitusiya Komitəsinin yaradılmasında aparıcı rol oynayıb, siyasi prosesdə müxalifətə və Danışıqlar Komitəsinə tam dəstək verib. Hazırda rejimin sürüklənməsi səbəbindən bu proses getmir. Türkiyə beynəlxalq ictimaiyyətin bütün maraqlı tərəfləri ilə əməkdaşlıq edərək, Suriya xalqının gözləntilərinə uyğun olaraq bu münaqişənin qalıcı həlli istiqamətində səylərə güclü töhfə verməyə davam edəcək. Suriya xalqı ilə həmrəyliyimiz davam edəcək”, - Bilgiç vurğulayıb.