21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qazaxıstan öz neftini Azərbaycanın ən böyük kəməri vasitəsilə satmağı planlaşdırır

12.08.2022

Qazaxıstan sentyabr ayından etibarən xam neftinin bir hissəsini Azərbaycanın ən böyük neft kəməri vasitəsilə satmağı planlaşdırır.

Mənbə iddia edir ki, Rusiya Qazaxıstanı neft ixrac etdiyi marşrutu bağlamaqla hədələyir və Xəzəryanı ölkə alternativ marşrutlar axtarır.

Qeyd edək ki, Qazaxıstan neftinin ixracı dünya tədarükünün 1%-dən çoxunu təşkil edir, bu isə sutkada təxminən 1,4 milyon barel neft ixracı deməkdir.

Vəziyyətdən birbaşa xəbəri olan mənbə bildirib ki, Qazaxıstanın "KazMunayGaz” (KMG) milli neft şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət bölməsi ilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin satışına icazə verilməsi ilə bağlı ilkin danışıqlar aparır.

Danışıqlar müsbət nəticə verərsə, Qazaxıstan nefti Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırılacaq.

İddia olunur ki, yekun müqavilə avqustun sonunda imzalanmalıdır və bir aydan sonra Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə axın başlayacaq.

Mənbə: Reuters