Türkiyə və Özbəkistan müdafiə nazirləri telefonla danışıb
11.08.2022
Türkiyə milli müdafiə naziri Hulusi Akar Özbəkistanın müdafiə naziri Bahadır Qurbanovla telefon danışığı aparıb.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, müdafiə sənayesi sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı fikir birliyi də vurğulanıb.