Fatih Dönməz: “Rusiya qazının rublla alınmasına dair razılıq əldə olunub” - VİDEO
11.08.2022
"Ankaranın Rusiya qazını rublla almasına dair razılıq əldə olunub”.
Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz bəyan edib.
"Təbii qaz ödənişləri üçün rublla ticarət məsələsi liderlər arasında da öz təsdiqini tapdı. Hazırda biz tranzitin müəyyən hissəsinin türk lirəsi ilə ödənilməsi imkanlarını müzakirə edirik”, - deyə qurum rəhbəri bildirib.
O əlavə edib ki, çatdırılma qrafiki və alış qiymətləri yaxın günlərdə təsdiqlənəcək.