Zelenkodan şok: Krımda qanadlı raket anbarları da yanıb
11.08.2022
Avqustun 9-da Krımın "Saki” aerodromunda baş vermiş partlayışlarda, təkcə təyyarələr deyil, həm də qanadlı raketlərin nəhəng anbarları da məhv edilib.
"DM"" xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, KQB-nin keçmiş xarici kəşfiyyat zabiti Aleksandr Zelenko deyib.
Onun sözlərinə görə, aerodromda baş verən partlayışlar nəticəsində rusların 20-dən çox təyyarəsi məhv edilib:
"Məhv edilən sadəcə təyyarə deyil, dinc şəhərlərimizə raketlər atan əclaflardır. Bunlar məhz strateji bombardmançı təyyarələrdir ki, qeyri-insani cinayətlər törədiblər, Vinnitsanı, Kremençuqu dağıdıblar, sadəcə mülki insanları öldürənlərdir. Çox bahalı İL-76 da yanıb. On milyonlarla dollara başa gələn bir neçə hücum helikopteri yanıb, qanadlı raketlərin nəhəng anbarları yanıb".