Türkiyə: İrəvanla üçüncü ölkədə görüşməyəcəyik
11.08.2022
Növbəti görüş Ermənistanda və ya Türkiyədə keçirilməlidir. Çünki ictimaiyyətin belə bir gözləntisi var.
"DM" xəbər verir ki, bu barədə "Ahaber” Türkiyə Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadla məlumat yayıb.
"Buralar düşmən əraziləri deyil. Onlar Türkiyəyə rahatlıqla gələ bilər, biz də rahatlıqla Ermənistana gedə bilərik. Üçüncü ölkədə görüşləri qəbul etmirik. Ya Türkiyədə, ya da İrəvanda toplaşmaq lazımdır", - məlumatda qeyd olunub.
Onun sözlərinə görə, Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında 5-ci görüş sentyabr ayına planlaşdırılıb.