Türkiyədə xüsusi əməliyyat: 141 kq heroin müsadirə edildi
02.10.2018
Türkiyənin cənub-şərqində, Van vilayətində aparılmış xüsusi əməliyyat nəticəsində 141 kiloqram heroin müsadirə olunub.
"Dövran Media" xəbər verir ki, əməliyyat zamanı bir nəfər saxlanılıb. Onun Türkiyə vətəndaşı olduğu bildirilir.
Həmçinin araşdırma zamanı saxlanılan şəxsin PKK terror təşkilatı ilə sıx əlaqəsi olduğu məlum olub.
Qeyd edək ki, ötən gün Çorum vilayətində 176 kq heroin müsadirə olunub. Narkotik vasitənin Vandan gətirildiyi bildirilir.
Xatırladaq ki, 2017-ci ildə Türkiyədə 20 min ton heroin müsadirə edilmişdi.