Türkiyə və Rusiya qaz ödənişlərində rublla bərabər türk lirəsini də müzakirə edir
11.08.2022
Türkiyə və Rusiya təbii qaz ödənişlərində rublla bərabər türk lirəsini də müzakirə edir.
"DM" xəbər verir ki, bu barədə Türkiyə energetika və təbii Sərvətlər naziri Fatih Dönmez deyib.
O əlavə edib ki, 2023-cü ilin martında Qara dəniz qazının quruda ilk istifadəsi gözlənilir. Bundan əlavə, nazir Akkuyu AES-in tikintisində gecikmənin yolverilməz olduğunu da vurğulayıb.