İranda vəba xəstəliyi yayılır
10.08.2022
İranda 62 nəfərdə vəba aşkarlanıb.
Xəstəliklərin demək olar ki hamısı ölkənin qərbində yerləşən Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müşahidə edilib.
Qeyd olunur ki, xəstələrin yarısı qısa müddətdə qonşu ölkələrə səfər edərək geri qayıdıblar.
Son zamanlar İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba xəstəliyinə rast gəlinib və iyunun 21-də Kərkükdə bir nəfərin bu xəstəlikdən öldüyü açıqlanıb.
Mənbə: Haber Global