Saakaşvili də proqnoz verib: Müharibə bu tarixdə bitəcək
10.08.2022
Bu günə kimi biz artıq 1800 tankı məhv etmişik. Orta hesabla gündə 5 tank məhv edirik.
"DM" xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk hesabında yazıb.
"Düşünürəm ki, Rusiyanın hücum potensialını aradan qaldırmaq üçün 3000-3500 tankını məhv etmək lazımdır. İndiki templə bu, 240-300 gün çəkəcək. Ukraynanın hərbi rəhbərliyinin soyuqqanlı davranmağı xoşuma gəlir. Bu yolla onlar döyüş meydanında az səhv edirlər. Ukraynanın tam qələbəsi ən bədbin ssenariyə əsasən, 10 ay ərzində təmin olacaq”,- Saakaşvili qeyd edib.