Medvedyev: Sülh bizim şərtlərimiz əsasında olmalıdır
08.08.2022
Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirir və sülh bizim şərtlərimiz əsasında olmalıdır. Şərtlərimiz barədə birbaşa danışmalıyıq.
"DM" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
"Rusiya keçmiş tərəfdaşlarının ona qoymağa çalışdığı şərtləri qəbul etmir. Onlar Rusiyanın məğlubiyyətini arzulayırlar. Rusiyanın xüsusi əməliyyatı Qərb ölkələrinin yürütdüyü rusofob siyasətinə sərt, lakin diqqətlə düşünülmüş cavabdır”, - o bildirib.