Çindən Qarabağdakı gərginliyə münasibət
08.08.2022
Çin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində və Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyə münasibət bildirib.
"DM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin danışıb.
O, Ermənistan və Azərbaycanı gərginlikdən qaçmağa çağırıb.
"İrəvan və Bakı Pekinin tərəfdaşlarıdır. Durum daha da gərginləşmədən, siyasi həll yolunun tapılmasını arzulayırıq”, - o söyləyib