Qərb Türkiyədən nə istəyir?
08.08.2022
Türkiyə olmasaydı, bəzi ölkələr sözün əsl mənasında ac qalardı.
"DM" xəbər verir ki, bu barədə Türkiyə qəzetinin köşə yazarı Cem Küçük yazıb.
"Qərb taxıl dəhlizi üçün Türkiyənin qapısını döyməməlidir. Bəli, Rusiyanın işğal cəhdi yanlışdır. O zaman problemi ABŞ və ya AB həll etsin. Hər şeyi süründürməçiliyə qoyub sonra "niyə belə oldu” deyə şikayət etmək olmaz. Suriya məsələsini belə qoydunuz. Ukrayna sizə güvəndi, amma çarəsiz qaldı. Üstəlik, Rusiya bu qış qazı kəsərsə, bəzi AB ölkələri soyuqdan donacaq. Qərb soyuq müharibədəki kimi tam sədaqət istəyir, lakin o dövr keçib. Türkiyə maraqlarının tələb etdiyi şeyi edir. Bu qədər sadədir. Qərbin dərk etmədiyi də budur”, - C.Küçük bildirib.